HAQQIMIZDA

“FAM Group Construction” MMC “FAM Group” ailəsinin qollarından biridir. 02.12.2019-cu il tarixində 1912020386947900 nömrəli dövlət reyestrindən çıxarış əsasında dövlət qeydiyyatına alınıb, 07.01.2020-ci il tarixindən isə fəaliyyətə başlayıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 17 fevral 2021-ci il tarixli EL-41/2021 qeydiyyat nömrəli  lisenziyası əsasında “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini və 15 aprel 2021-ci il tarixli EL-134/2021 qeydiyyat nömrəli xüsusi lisenziya əsasında “Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması” işlərini həyata keçirə bilər. Bu günə qədər  qaynaq quraşdırma, dəmir-beton, metal-konstuksiya, boyama, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərində, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində bir sıra işlər görülmüşdür. Hal-hazırda şirkət GSM sektorunda müxtəlif ölçülü (3m-dən 72m-dək) metal qüllələrin tikinti-quraşdırma işləri üzrə ixtisaslaşmış şirkətlərdən biridir.